...

Hindistanda attraksionun uçması nəticəsində 1 nəfər öldü

Dünya xəbərləri Materials 8 Fevral 2026 00:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın Haryana ştatının Fəridabad dairəsində, Surackənd yarmarkasında attraksionun uçması nəticəsində bir nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, videogörüntülərdə nəhəng fırlanan yelləncəklərin yan dayağının oturacaqlar ən yüksək nöqtədə olarkən qırıldığı və insanların aşağıya düşdüyü görünür.

Qeyd olunub ki, insident zamanı platformanın əyildiyini görüb insanları xilas etməyə çalışan polis inspektoru həlak olub, xəsarət alan 13 nəfər isə xəstəxanaya yerləşdirilib.

Fəridabad dairə komissarı Ayuş Sinqhin bildirib ki, platformanın operatoru barəsində cinayət işi açılacaq.

Xəbər lenti

Xəbər lenti