Bakı. Trend:
Gürcüstanın Batumi şəhərində 16 yaşlı məktəbli oğlan Boni bazarının yaxınlığında yerləşən dəmir yolu körpüsündən yıxılaraq həlak olub.
Trend xəbər verir ki, bu barədə “NewsGeorgia” məlumat yayıb.
Məlumata görə, faciə fevralın 6-sı axşam saatlarında baş verib. İlkin məlumatlara əsasən, yeniyetmə dostları ilə birlikdə körpüdə şəkil çəkdirərkən ehtiyatsızlıq nəticəsində yıxılıb və yük qatarının vaqonuna düşüb.
Bildirilir ki, ölümün əsas səbəbi dəmir yolu relsləri üzərindən keçən yüksək gərginlikli elektrik xətlərinə toxunma ola bilər.
