...

“3 Doors Down” qrupunun solisti Bred Arnold vəfat etdi

Dünya xəbərləri Materials 8 Fevral 2026 05:56 (UTC +04:00)
“3 Doors Down” qrupunun solisti Bred Arnold vəfat etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin “3 Doors Down” rok-qrupunun solisti Bred Arnold 47 yaşında vəfat edib.

Trend xəbər verir ki, bu barədə məlumat qrupun sosial media səhifəsində yayımlanıb.

Qeyd olunub ki, Arnold uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi. 2025-ci ilin may ayında o, böyrək xərçəngi diaqnozu qoyulduğunu açıqlamış və bu səbəbdən qrupun yay turnesi ləğv edilmişdi.

“3 Doors Down” qrupu 1996-cı ildə Missisipidə yaradılıb. Qrup 2000-ci ildə debüt albomu “The Better Life” ilə tanınıb. Onların ən məşhur mahnıları arasında “Kryptonite” və “Here Without You” da yer alır.

Xəbər lenti

Xəbər lenti