Bakı. Trend:
Kuba sahillərində 5,5 maqnitudalı zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) xəbər verib.
Zəlzələnin episentri təxminən 300 000 nəfər əhalisi olan Quantanamo şəhərindən 90 kilometr şərqdə, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.