Bakı. Trend:
Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi Yaponiya Liberal Demokrat Partiyası (LDP) ölkə parlamentinin aşağı palatasına keçirilən seçkilərdə 465 yerdən 316-sını qazanaraq qalib gəlib.
Trend-in məlumatına görə, bu barədə yerli KİV-lər xəbər verib.
Yekun hesablamalara görə, LDP 316 mandat, koalisiya tərəfdaşı olan İnnovasiya Partiyasının isə 36 mandat qazana bilib.
Bu, LDP-nin 1955-ci ildə təsis edildiyindən bəri ən yaxşı nəticəsidir. Əvvəlki rekord 1986-cı ildə Baş nazir Yasuhiro Nakasonenin dövründə əldə edilmişdi, o zaman partiya 300 yer qazanmışdı.