Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkə hesabında süni intellekt tərəfindən yaradılmış, Qrenlandiya, Kanada və Venesuelanın ABŞ bayrağı ilə örtüldüyünü göstərən xəritənin yer aldığı şəkil paylaşıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Trampın paylaşımına heç bir şərh və izah əlavə olunmayıb.
İlk dəfə yanvar ayında dərc olunan süni intellekt tərəfindən hazırlanmış təsvirdə Tramp Oval kabinetdə Böyük Britaniyanın baş naziri Kir Starmer, İtaliyanın baş naziri Corciya Meloni, Fransanın prezidenti Emmanuel Makron və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də daxil olmaqla müxtəlif Avropa liderləri ilə birlikdə əks olunub.
Arxa planda, Trampın sol tərəfində Amerika qitələrinin xəritəsi görünür əks olunub.
