Bakı. Trend:
İsveç hökuməti Ukraynaya səhiyyə, sosial xidmətlər və uşaqlara yardım məqsədilə 60 milyon kron (6,73 milyon ABŞ dolları) ayırmaq barədə qərar qəbul edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveçin sosial məsələlər və ictimai səhiyyə naziri Yakob Forssmed mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ayrılan vəsaitlər, o cümlədən antibiotiklərə qarşı davamlılığa mübarizəyə, yaşlılara qulluq, sosial xidmətlər çərçivəsində uşaqlar və yeniyetmələrlə işə yönəldiləcək.
Bu qrant 2025–2027-ci illəri əhatə edən, ümumi məbləği 129,5 milyon kron (14,40 milyon ABŞ dolları) olan üçillik dəstək proqramının bir hissəsidir. 2022-ci ilin fevralından bu günədək İsveçin Ukraynaya göstərdiyi ümumi yardımın həcmi təxminən 114 milyard kron (12,67 milyard ABŞ dolları) təşkil edir ki, bunun da 24,4 milyard kronu (2,71 milyard ABŞ dolları) mülki dəstəyə aiddir.
