Bakı. Trend:
ABŞ ordusu Hind okeanında onun sanksiyalarını pozması iddia olunan bir tankeri saxlayıb.
Trend xəbər verir ki, bu barədə Pentaqondan məlumat verilib.
Bildirilib ki, Birləşmiş Ştatların hərbi qüvvələri Hind-Sakit okean Komandanlığının məsuliyyət zonasında “Aquila II” adlı tankeri heç bir toqquşma baş vermədən ələ keçirib.
Məlumata görə, tanker Karib dənizində sanksiya tətbiq edilən gəmilər üçün qüvvədə olan karantin qaydalarını pozmaqda şübhəli bilinir.
Qeyd olunur ki, ABŞ silahlı qüvvələri tankeri Karib dənizindən Hind okeanına doğru hərəkəti zamanı izləyərək təqib edib. Saxlanılan gəminin hansı ölkəyə məxsus olduğu barədə isə ətraflı məlumat açıqlanmayıb.
