...

Fransanın Antib şəhərində məktəbdən 1 200 nəfər təxliyə edildi

Dünya xəbərləri Materials 9 Fevral 2026 22:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın cənubunda, Antib şəhərində yerləşən məktəbdən təxminən 1 200 nəfər təxliyə olunub.

Trend xəbər verir ki, bu barədə “Nice-Matin” qəzeti məlumat yayıb.

Bildirilib ki, polis məktəbin əməkdaşlarını və şagirdlərini sındırılmış hesab vasitəsilə “Pronote” proqramında yayılan bildirişdən sonra təxliyə edib.

Aparılan yoxlamalar zamanı məktəb ərazisində hər hansı partlayıcı qurğu aşkarlanmayıb.

“Nice-Matin” qeyd edir ki, Antib şəhərində bu, bomba ilə bağlı yalan məlumat səbəbindən həyata keçirilən ikinci təxliyə hadisəsidir. Belə ki, fevralın 5-də şəhərin digər məktəbindən 500 nəfər təxliyə edilmişdi.

Xəbər lenti

Xəbər lenti