Bakı. Trend:
Demokratik Konqo Respublikasının cənubunda yerləşən şaxtada torpaq sürüşməsi nəticəsində azı 11 nəfər həlak olub, daha 6 nəfər xəsarət alıb.
Trend xəbər verir ki, bu barədə “Actualite” portalı məlumat yayıb. Bildirilib ki, uzunmüddətli yağışlardan sonra mis və kobaltın qeyri-qanuni hasil edildiyi şaxtada torpaq sürüşməsi baş verib.
Faciə fevralın 7-nə keçən gecə baş versə də, məlumat yalnız indi açıqlanıb.
