...

İtaliya Alplarında bir həftə ərzində 13 nəfər həlak oldu

Dünya xəbərləri Materials 10 Fevral 2026 06:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən həftə ərzində İtaliya Alplarında ümumilikdə 13 alpinist, dağ xizəkçisi və turist həyatını itirib.

Trend “Associated Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə İtaliya Dağ Xilasetmə Korpusunun məlumatında deyilir.

Qeyd olunub ki, bu göstərici belə qısa zaman kəsiyi üçün rekord sayılır.

Korpusun nümayəndəsi Federiko Kataniyanın sözlərinə görə, faciəli hadisələrə bir neçə əlverişsiz amil səbəb olub. Bunlar arasında güclü qar yağışı, şiddətli külək və dağ yamaclarında toplanmış böyük həcmdə qar kütləsi yer alır.

Xəbər lenti

Xəbər lenti