...

Cənubi Koreyada neft anbarında partlayış baş verdi

Dünya xəbərləri Materials 10 Fevral 2026 06:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyanın Kyonsan-Pukto əyalətinin Kyonsan şəhərində neft anbarında partlayış nəticəsində yanğın baş verib.

Trend xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Hazırda hadisə nəticəsində itkilər barədə məlumat yoxdur.

Məlumata görə, hadisə yerli vaxtla səhər saat 08:00 radələrində neft kəməri korporasiyasına məxsus obyektdə qeydə alınıb. Bildirilib ki, çənin yuxarı hissəsində baş verən partlayışdan sonra alov yaranıb, lakin yanğın qısa müddətdə söndürülüb. Hazırda ərazidə yalnız tüstünün müşahidə edildiyi qeyd olunur.

Xəbər lenti

Xəbər lenti