Bakı. Trend:
Rusiyanın Krasnodar diyarında 4,8 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, seysmik hadisə ilə bağlı məlumatlar Avropa–Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında dərc edilib.
Məlumata görə, zəlzələnin episentri Novorossiysk şəhərindən 35 kilometr şimal-qərbdə və Anapskaya kəndindən 13 kilometr məsafədə yerləşib. Yeraltı təkanların ocağı təxminən 10 kilometr dərinlikdə olub.
Hazırda mümkün dağıntılar və ya tələfat barədə məlumat yoxdur. Hadisənin təfərrüatları dəqiqləşdirilir.
