Bakı. Trend:
ABŞ fevralın 9-da Sakit okeanın şərq hissəsində narkotacirlərə məxsus gəmiyə zərbə endirib, nəticədə iki nəfər həlak olub.
Trend xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, kəşfiyyat məlumatları gəminin Sakit okeanın şərq hissəsində məlum narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət etdiyini və narkotrafik üçün istifadə olunduğunu təsdiqləyib.
Komandanlıq həmçinin qeyd edib ki, gəmidə olan şəxslərdən biri sağ qalıb. Hərbçilər axtarış-xilasetmə əməliyyatının həyata keçirilməsi üçün bu barədə ABŞ Sahil Mühafizəsinə məlumat veriblər.
