Bakı. Trend:
ABŞ-ın “Boeing” şirkəti yanvarda müştərilərə 46 təyyarə təhvil verib.
Trend xəbər verir ki, şirkət 3 aydır təhvil verdiyi hava gəmilərinin sayını artırır.
Onun əsas rəqibi “Airbus” isə ötən ay müştərilərə cəmi 19 təyyarə yollaya bilib.
“Boeing” yanvarda 103 təsdiqlənmiş sifariş alıb ki, bu da əsas rəqibdəkindən 49 ədəd çoxdur. Şirkət son 7 ildə ilk dəfə ötən il “Airbus”dan daha çox sifariş alıb.