...

ABŞ quruda narkotik qaçaqmalçılığına qarşı tədbirləri gücləndirməyi planlaşdırır

Dünya xəbərləri Materials 11 Fevral 2026 05:11 (UTC +04:00)
ABŞ quruda narkotik qaçaqmalçılığına qarşı tədbirləri gücləndirməyi planlaşdırır

Bakı. Trend:

ABŞ hakimiyyəti quru yolları ilə həyata keçirilən narkotik qaçaqmalçılığına qarşı mübarizəyə start vermək niyyətindədir.

Trend xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib.

“Dəniz üzərindən narkotik qaçaqmalçılığı ciddi şəkildə azaldılıb. Gəmilərə qarşı görülən tədbirlər nəticə verib. İndi isə diqqətimizi quru əməliyyatlarına yönəldəcəyik. Əvvəl dəniz yolunu nəzarətə götürməli idik, çünki əks halda qaçaqmalçılar dərhal marşrutlarını dəyişərək gəmilərə yönələcəkdilər. İndi onların bu imkanları məhdudlaşıb və biz quru istiqamətində əməliyyatlara başlayacağıq”, – deyə Tramp qeyd edib.

Xəbər lenti

Xəbər lenti