...

Artıq çəkili insanlarda ağır infeksiyalara yoluxma halları araşdırılıb

Dünya xəbərləri Materials 11 Fevral 2026 20:58 (UTC +04:00)
Artıq çəkili insanlarda ağır infeksiyalara yoluxma halları araşdırılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Piylənmədən əziyyət çəkən insanlarda ağır infeksion xəstəliklərə yoluxma riski 70 faiz daha yüksək olur.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, yeni elmi araşdırmanın nəticələri “The Lancet” elmi nəşrində dərc olunub.

Araşdırmada müəyyən olub ki, infeksion xəstəliklər nəticəsində həyatını itirən hər on nəfərdən birində ölüm potensial olaraq piylənmə ilə əlaqədar olub.

Araşdırmaya əsasən, piylənməsi olan şəxslərdə qrip, COVID-19, pnevmoniya və qastroenterit kimi yoluxucu xəstəliklər səbəbindən xəstəxanaya yerləşdirilmə və ya ölüm ehtimalı artır.

Araşdırmanın müəllifi, Helsinki Universitetindən Solya Nuyberq bildirib ki, qlobal miqyasda piylənmə səviyyəsinin artacağı gözlənildiyi üçün piylənmə ilə əlaqəli yoluxucu xəstəliklərdən ölüm və xəstəxanaya yerləşdirilmə halları da artacaq.

O əlavə edib ki, ağır infeksiyalar, eləcə də piylənmə ilə əlaqəli digər sağlamlıq problemlərinin riskini azaltmaq üçün sağlam həyat tərzini və çəki azaldılmasını dəstəkləyən siyasətlərə təcili ehtiyac var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti