...

Tramp Netanyahu ilə görüşdə İranla danışıqların davam etdirilməsində israr etdi

Dünya xəbərləri Materials 12 Fevral 2026 00:05 (UTC +04:00)
Tramp Netanyahu ilə görüşdə İranla danışıqların davam etdirilməsində israr etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşdüyünü, Qəzzadakı vəziyyəti müzakirə etdiyini və İranla danışıqların davam etdirilməsində israr etdiyini açıqladı.

Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Heç bir yekun razılıq əldə olunmadı, yalnız mən İranla danışıqların davam etdirilməsində israr etdim ki, razılaşmanın mümkün olub-olmadığını müəyyənləşdirək. Egər bu mümkünsə, Baş nazirə bunun ən yaxşı seçim olacağını çatdırdım", - deyə o bildirib.

Trampın sözlərinə görə, İranla razılaşma uğursuz olarsa, "nəticənin necə olacağını görmək qalır".

ABŞ prezidenti əlavə edib ki, o, həmçinin Qəzzadakı vəziyyəti İsrail Baş naziri ilə müzakirə edib.

"Biz Qəzzada və bütövlükdə regionda əldə edilən böyük irəliləyişi müzakirə etdik. Əslində, Yaxın Şərqdə sülh bərpa olunub", Tramp yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti