Bakı. Trend:
Finlandiyada yanvar ayında son onilliklər üzrə rekord sayda şirkət müflis olub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Statistika İdarəsi məlumat yayıb.
Qurumun saytında bildirilir ki, 2026-cı ilin yanvar ayında 385 müflisləşmə işi başlanıb.
Qeyd olunur ki, oxşar göstərici sonuncu dəfə 1997-ci ilin oktyabrında qeydə alınıb.
2025-ci ilin yekunlarına görə, Finlandiyada 3,9 mindən çox şirkət müflis olub ki, bu da 1996-cı ildən bəri ən yüksək göstəricidir.
