...

Floridada silsilə qətllər - 6 nəfər öldürüldü

Dünya xəbərləri Materials 12 Fevral 2026 18:06 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Florida ştatında eyni şübhəli şəxs tərəfindən törədildiyi güman edilən iki hücum nəticəsində altı nəfər ölüb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Məlumata görə, qətllər ştatın bir-birindən təxminən 320 km məsafədə yerləşən iki şəhərində baş verib. Birinci hadisə Fort-Loderdeyldə, ikinci isə Sarasota şəhərində qeydə alınıb.

Fort-Loderdeyldə evlərdən birində polis həlak olmuş Larisa Blyuday və onun 18 yaşlı oğlu Ben Azivovun meyitlərini aşkar edib. Sarasota şəhərində isə hücum edən şəxs yaşları 39-dan 66-ya qədər olan dörd nəfəri qətlə yetirib. Onların şəxsiyyəti də müəyyən edilib. Atəş açan şəxsin meyiti aşkarlanıb.

İlkin istintaqın məlumatına görə, hücum edən şəxs Fort-Loderdeyldəki qurbanlardan biri ilə romantik münasibətdə olub. Onun Sarasota şəhərində qətlə yetirilən şəxslərlə əlaqəsi hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti