...

Britaniya Dövlət Xidmətinin rəhbəri Kris Vormold istefa verdi

Dünya xəbərləri Materials 13 Fevral 2026 00:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniya Dövlət Xidmətinin rəhbəri və Nazirlər Kabinetinin katibi Kris Vormold istefa verib.

Trend xəbər verir ki, 500.000 dövlət qulluqçusundan ibarət heyətə rəhbərlik edən Vormold bu barədə açıqlamasında bildirib:

“Son 35 ildə dövlət qulluğunda xidmət etmək şərəf və imtiyaz olub. Nazirlər Kabinetinin katibi kimi ona rəhbərlik etmək isə ayrıca bir şərəfdir”.

Baş nazir Kir Starmer Vormolda təxminən 40 illik xidmətinə görə təşəkkür edib və ona gələcəkdə uğurlar arzulayıb.

Qeyd olunur ki, Britaniya mediasında 2024-cü ilin dekabr ayından bəri bu vəzifəni tutan Vormoldun Starmerlə fikir ayrılıqları səbəbindən istefa verdiyi barədə xəbərlər yayılıb.

Xəbər lenti

Xəbər lenti