Bakı. Trend:
ABŞ-nin Karib dənizi hövzəsində narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizədə həyata keçirdiyi “Cənub Nizəsi” əməliyyatında iştirak edən bir hərbçi ölmüş elan edilib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hərbçi fevralın 7-də “Iwo Jima” desant gəmisinin göyərtəsindən suya yıxılıb. 72 saat davam edən axtarışların heç bir nəticə verməməsindən sonra o ölmüş elan edilib.
Onun hansı şəraitdə göyərtədən yıxıldığı müstəntiqlər tərəfindən araşdırılır.
“Iwo Jima” desant gəmisi Karib dənizi hövzəsində narkotrafiklə mübarizə çərçivəsində “Cənub nizə” əməliyyatında iştirak edir. Yanvar ayının əvvəlində ABŞ xüsusitəyinatlıları tərəfindən ələ keçirilmiş Venesuela prezidenti Nikolas Maduro məhz bu gəminin göyərtəsinə çatdırılmışdı.
