...

Gürcüstanın xarici ticarət dövriyyəsi azaldı

Dünya xəbərləri Materials 14 Fevral 2026 03:31 (UTC +04:00)
Gürcüstanın xarici ticarət dövriyyəsi azaldı

Bakı. Trend:

Cari ilin yanvar ayında Gürcüstanın xarici ticarət dövriyyəsi 1 milyard 597,5 milyon ABŞ dolları təşkil edib. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz azdır.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, ixrac 480,4 milyon ABŞ dolları olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur. İdxal isə 34,5 faiz azalaraq 1 milyard 117 milyon ABŞ dolları təşkil edib.

Yanvar ayında Gürcüstanın xarici ticarətində mənfi ticarət saldosu 636,6 milyon ABŞ dolları təşkil edib. Bu, xarici ticarət dövriyyəsinin 39,9 faizi deməkdir.

Xəbər lenti

Xəbər lenti