Bakı. Trend:
Rəsmi Paris tarixdə ilk dəfə Berlin ilə nüvə silahının qarşısının alınması sahəsində birgə fəaliyyət göstərməyi planlaşdırır.
Trend xəbər verir ki, bunu Emmanuel Makron Münhen Təhlükəsizlik Konfransındə çıxışında açıqlayıb.
Fransa prezidentinin sözlərinə görə, nüvə silahının qarşısının alınmasında rolun yenidən müəyyənləşdirilməsi son dərəcə vacibdir.
“Buna görə də biz hazırda Fridrix Mertz və bir sıra Avropa liderləri ilə birlikdə strateji dialoq qururuq ki, konstitusiya ilə təmin olunan və tənzimlənən milli doktrinamızı konkret əməkdaşlıq, birgə təlimlər və ortaq təhlükəsizlik maraqları ilə necə əlaqələndirə biləcəyimizi anlayaq”, – deyə Makron bildirib.
O, vurğulayıb ki, Fransa bunu tarixdə ilk dəfə Almaniya ilə həyata keçirir. “Bu dialoq özü vacibdir, lakin daha vacib olan odur ki, o, bizə nüvə silahının qarşısının alınmasını müdafiə və təhlükəsizliyə vahid yanaşmaya inteqrasiya etməyə imkan verir”, – deyə Makron qeyd edib.