Bakı. Trend:
Vaşinqton administrasiyası və Avropa hökumətləri Qrenlandiya məsələsi üzrə danışıqlar aparır.
Trend xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Avropa ilə münasibətlərimiz çox yaxşıdır və görək nəticələr necə olacaq. Hazırda Qrenlandiya ilə bağlı danışıqlar aparırıq”, – deyə o qeyd edib.