Bakı. Trend:
Qrenlandiyalılar təhdidlərə məruz qalmamalıdırlar və adaya təzyiq qəbuledilməzdir.
Trend-in məlumatına görə, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen deyib.
"Biz təhdidlərlə üzləşirik (...). Qrenlandiya xalqı əvvəllər heç vaxt təhdid olunmayıb, ona görə də bu təzyiq qəbuledilməzdir", - deyə o bildirib.
Münxen Təhlükəsizlik Konfransında çıxış edən xanım Danimarkanın ABŞ ilə əməkdaşlığa hazır olduğunu, lakin Kopenhagenin bəzi məsələlərdə güzəştə getməyəcəyini vurğuladı.