...

ABŞ İrandan Çinə neft tədarükünə qarşı yeni tədbirlər görmək niyyətindədir - KIV

Dünya xəbərləri Materials 15 Fevral 2026 03:42 (UTC +04:00)
ABŞ İrandan Çinə neft tədarükünə qarşı yeni tədbirlər görmək niyyətindədir - KIV

Bakı. Trend:

ABŞ administrasiyası İran neftinin Çinə tədarükünün qarşısını almaq üçün yeni tədbirlər görmək niyyətindədir. Vaşinqton bununla da İranın nüvə proqramı ilə bağlı danışıqlarda Tehrandan güzəştlər əldə etməyə ümid edir.

Trend-in məlumatına görə, bu barədə "Axios" portalı xəbər verib.

Mənbələrinə görə, ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə günü Ağ Evdə keçirilən görüşdə ABŞ-nin "əsasən Çinə neft satışı ilə bağlı İrana iqtisadi təzyiqi artıracağı" barədə razılığa gəliblər.

Bildirilib ki, Amerika tərəfi hesab edir ki, bu, İranı "nüvə proqramı ilə bağlı böyük güzəştlərə getməyə" məcbur edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti