Bakı. Trend:
Şimali Avropa ölkələri Şimal qütbü vasitəsilə Asiya və Şimali Amerikaya sualtı internet kabel sistemi yaratmağı planlaşdırır.
Trend xəbər verir ki, bu barədə "SVT" telekanalı məlumat yayıb.
Bildirilib ki, “Polar Connect” layihəsi İsveçdən başlayaraq Şimal qütbü vasitəsilə Asiya və Şimali Amerikaya qədər optik-lifli kabellər şəklində sualtı infrastrukturun yaradılmasını nəzərdə tutur.
İlkin marşrut İsveç, Norveç, Kanada, Alyaska (ABŞ), Yaponiya və Cənubi Koreyanı əhatə edəcək. Ümumi uzunluğu 10 500 kilometr olan yeni kabel sistemi 2030-cu ildə istifadəyə veriləcək.
Layihə hazırkı təhlükəsizlik vəziyyətində Avropa İttifaqı tərəfindən prioritet kimi qiymətləndirilir və dəyəri 21 milyard İsveç kronundan çox (təxminən 2.3 milyard dollar) təşkil edir.
