...

Çində fişəng mağazasında partlayış nəticəsində səkkiz nəfər öldü

Dünya xəbərləri Materials 15 Fevral 2026 21:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin şərqindəki Çzyansu əyalətində fişəng mağazasında baş verən partlayış nəticəsində ən azı səkkiz nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hadisə Lyanyunqan şəhərinin Dunhay qraflığında baş verib. Yerli sakin fişəng dükanının yaxınlığında fişəng ataraq partlayışa və ardınca yanğına səbəb olub. Yanğınsöndürənlər partlayışı təxminən bir saat yarım sonra söndürə biliblər.

Hadisə nəticəsində əlavə iki nəfər yüngül yanıq xəsarətləri alıb. Polis məsuliyyət daşıyanları saxlayıb və fövqəladə halın səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Xəbər lenti

Xəbər lenti