Bakı. Trend:
Sülh Şurasının üzv ölkələri 19 fevralda keçiriləcək ilk iclasda Qəzza zolağının bərpası üçün 5 milyard dollardan artıq maliyyə ayıracaqlarını açıqlayacaqlar.
Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trump "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, 19 fevralda Vaşinqtonda, "Peace Institute"də keçiriləcək Sülh Şurasının ilk iclasında üzv dövlətlər Qəzzada yenidənqurma və humanitar yardım üçün 5 milyard dollardan çox vəsait ayıracaqlarını bildirəcəklər.
Bundan əlavə, Ağ Ev rəhbəri qeyd edib ki, Sülh Şurasının üzv dövlətləri Fələstin anklavında sülh və təhlükəsizliyi təmin etmək üçün minlərlə hərbçi göndərməyə hazırdırlar.