Bakı. Trend:
Qazaxıstanın Yeskeldin rayonunun Qarabulaq kəndində yerləşən ərzaq mağazasında partlayış baş verib.
Trend bu barədə Qazaxıstan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, qaz partlayışı nəticəsində binanın tavanı və xarici divarının bir hissəsi çöküb. Mağazanın 36 kvadrat metrinə ciddi ziyan dəyib.
İlkin məlumata əsasən, hadisə nəticəsində 3 nəfər yaralanıb. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti kafi qiymətləndirilir.
İnsidentin səbəbləri ərazidə müstəntiqlər tərəfindən araşdırılır.
