Bakı. Trend:
Avropa İttifaqı İran və ABŞ arasında Cenevrədə danışıqların aparılması perspektivini alqışlayıb və bunu nizamlanmanın yeganə mümkün yolu kimi görüb.
Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın sözçüsü Ənvər əl-Anuni bildirib.
"Biz, Avropa İttifaqı olaraq, diplomatiyaya şans verilməli olduğuna əminik. Bundan əlavə, bu məsələnin davamlı həlli yalnız diplomatik yolla tapıla bilər", - deyə o brifinq zamanı bildirib.
O qeyd edib ki, hərbi eskalasiya regional sabitlik üçün çox ciddi nəticələrə səbəb ola bilər və İranın beynəlxalq ictimaiyyətin, xüsusən də nüvə məsələləri ilə bağlı narahatlıqlarına cavab vermək istəyinin səmimiliyini nümayiş etdirməsinin vaxtıdır.
