...

İran potensial nəticələrin fərqindədir və ABŞ ilə razılaşma əldə etmək istəyir - Tramp

Dünya xəbərləri Materials 17 Fevral 2026 04:53 (UTC +04:00)
İran potensial nəticələrin fərqindədir və ABŞ ilə razılaşma əldə etmək istəyir - Tramp

Bakı. Trend:

İran hakimiyyəti mümkün nəticələrin fərqindədir və ABŞ ilə razılaşma əldə etmək istəyir.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Floridadan Vaşinqtona uçuş zamanı onun təyyarəsindəki jurnalistlər dövlət başçısından İranla fevralın 17-də Cenevrədə keçirilməsi planlaşdırılan danışıqlardan nə gözlədiyini soruşublar.

"Düşünmürəm ki, onlar razılaşmanın olmamasının nəticələrini istəyirlər. Onlar razılaşma əldə etmək istəyirlər", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti