...

Ermənistanda növbədənkənar parlament seçkilərin keçirilə bilər

Dünya xəbərləri Materials 12 May 2006 17:00 (UTC +04:00)

Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi mümkünlüyü istisna olunmur. Bu barədə mayın 12-də jurnalistlərə "Ədalət" müxalifət fraksiyasının üzvü, "Konstitusiya hüququ" birliyinin sədri Qrant Xaçatryan bəyan edib.

"Xalq növbəti seçkilərə heç bir ümid bəsləmədiyindən növbədənkənar seçkilərin keçirilməsi mümkünlüyü istisna olunmur. Növbədənkənar seçkilərə və struktur dəyişikliklərinə meyl hakim strukturlarda da böyükdür", - deyə Q.Xaçatryan vurğulayıb.

Trend in xəbər verdiyi kimi, onun fikrincə, növbədənkənar seçkilərin keçirilməsinin əsas mahiyyəti bundan ibarətdir ki, bu seçkilər gözlənilməz keçirilir və cəmiyyətin birləşməsinə şərait yaradır.

Ermənistanda parlament seçkiləri 2007-ci ilin yazına təyin olunub. Bu barədə ARKA - Novosti-Armeniya xəbər verir.

Xəbər lenti

Xəbər lenti