...

Zurab Noqaideli Qazaxıstanda iqtisadi xarakterli məsələləri müzakirə edəcək

Dünya xəbərləri Materials 1 İyun 2006 16:13 (UTC +04:00)

Gürcüstanın baş naziri Zurab Noqaideli cümə axşamı iki günlük işguzar səfərlə Qazaxıstana yola düşür.

Trend agentliyinin "Praym-Nyüs"ə istinadən yaydığı məlumata əsasən, səfər çərçivəsində Z.Noqadeilinin qazaxıstanlı həmkarı Daniel Axmetovla görüşü planlaşdırılır.

Gürücstan baş naziri cümə axşamı "KazMunayqaz"ın binasında şirkətin prezidentilə görüşəcək.

Bundan əlavə, "Turan Alem" bankının rəhbərliyi ilə də görüş nəzərdə tutulub.

Cümə günü isə Gürcüstanın nümayəndə heyətinin iştiarkı ilə Gürcüstan-Qazaxıstan biznes forumu açılacaq və bundan sonra Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüş təşkil olunacaq.

Z.Noqadeili gürcü şərabının dequstasiyasının və Qazaxıstan turist agentlikləri üçün təqdimat mərasiminin keçiriləcəyi tədbirə baş çəkəcək.

İşguzar səfər "Alyans Bank" və "Qazkomerbank" nümayəndələrilə görüşdən sonra başa çatacaq.

Xəbər lenti

Xəbər lenti