Dövlət Duması çərşənbə günü İranın "nüvə dosye"si ətrafındakı hadisələrlə əlaqədar müsəlman dünyasına və bütün dünya dövlətlərinin parlamentlərinə müraciəti qəbul etməkdən imtina edib. Bu sənədin təşəbbüsçüsü Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski olub.
Trend in İnterfaksa əsasən verdiyi xəbərə görə, müraciətdə "dərrakə və ədalətin qələbəsi uğrunda mübarizədə səyləri birləşdirmək" və "İran xalqını ABŞ tərəfdən gələn hərbi təhlükədən qorumaq" təklif olunurdu.
Dövlət Duması bu müraciətin qəbul olunmasının məqsədəuyğun olmadığını bildirən beynəlxalq işlər üzrə profilli komitənin mövqeyini dəstəkləyib.