Türkiyə və Gürcüstan Xarici İşlər Nazirləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu iyunun 16-da Tbilisidə başlayıb.
Trend in Praym-Nyus-a istinadən verdiyi xəbərə görə, məsləhətləşmələrdə gürcü tərəfinə Xarici İşlər nazirinin birinci müavini Valeri Çeçelaşvili, türk tərəfinə isə XİN başçısının müavini Əhməd Üzümçü başçılıq edir.
İyunun 16-da türk nümayəndə heyətinin Gürcüstanın baş naziri Zurab Noqaideli, Gürcüstan XİN başçısı Qela Bejuaşvili, Avropa və Avropa-Atlantika strukturlarına inteqrasiya məsələləri üzrə dövlət naziri Qeorqi Baramidze ilə görüşü planlaşdırılıb.
İyunun 17-də türk nümayəndə heyəti Batumiyə yola düşəcək, burada Acarıstan Muxtar Respublikasının rəhbərliyi ilə görüş olacaq.