Qazaxıstan prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi Cəmiyyəti (AİC) və Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatının (KTMT) Minskdə keçirilən zirvə görüşlərinin yekunları üzrə bəyan edib ki, AİC-i Avropa Birliyinə bənzər bir Avrasiya təşkilatına "çevirməyi arzulayır". "Bu mənim gördüyüm nəticədir" - deyə o qeyd edib. Eyni zamanda KTMT də "istənilən" xarici təcavüzə cavab verməlidir.
Qazaxıstan prezidenti həmçinin deyib ki, 2006-cı ilə qədər AİC-in gömrük birliyinin yaradılması haqqında sənədlər hazırlanacaq və paraflanacaq. Bundan əlavə, N.Nazarbayevin fikrincə, Qazaxıstan da AİC çərçivəsində nəqliyyat birliyinin yaradılması haqqında sənəd imzalamağa hazırdır. Bu barədə "RBK" xəbər verir.