...

İsrail qoşunları Bint-Cbeylə hücum edirlər

Dünya xəbərləri Materials 24 İyul 2006 17:14 (UTC +04:00)

İsrail qoşunları quru əməliyyatları çərçivəsində "Hizbullah"ın müharibə meydanlarından Maron ar-Raasdan sonra gələn Bint-Cbeylə hücum edirlər.

Bu şəhərdən qərbdə şiddətli döyüşlər gedir. Cənubi Livana əlavə zirehli avtomobil və tank dəstələri daxil edilib. Gecə Baraaşit, Beyt-Yahun, Haris və Hədəsəyə havadan 12 reyd keçirilib. Artilleriya Əl-Xiyam, Şebaa və Kfar-Şubanı - cənubun şərq sektorunu fasiləsiz atəşə tutub.

Trend in xəbərə verdiyi kimi, hərbi analitiklər ehtimal edirlər ki, İsrail komandanlığı Bint-Cbeyli əhatə etmək və müdafiə olunan hərbçiləri əsir götürmək fikrindədir. Bazar günü "Hizbullah"ın iki üzvü artıq əsir düşüb. Gələcək məhbuslar üçün Roş-Pina (İsrailin şimalı) yaxınlığında Pilon hərbi bazasında həbs düşərgəsi yaradılıb. Bu düşərgəyə artıq "İsrail Quantanamosu" adı verilib.

İsrail HHQ vərəqə atmaqda davam edərək, 25 Livan kəndinin sakinlərini Litani çayının o tayına keçməyə çağırır. Quru əməliyyatlarının məqsədlərinə görə, söhbət 1978-2000-ci illərdə mövcud olmuş "bufer zonası"nın yaradılmasından gedir. İsrail generalları güman edirlər ki, cəbhədəki vəziyyəti əsaslı surətdə dəyişmək və "Hizbullah"ın hərbi potensialını yatırmaq üçün hələ 7-10 gün tələb olunur.

12 günlük müharibə ərzində İsrailin HHQ pilotları Livan ərazisində 4 min hədəfə hücum edib. "Hizbullah" hərbçiləri İsrailin şimalından 2200 raket buraxıb. Livanda 377 nəfər dinc əhali həlak olub, bir neçə min insan yaralanıb. Ötən sutkalarda hücumlar nəticəsində Tirdə və onun ətrafında 11 nəfər həlak olub, 56 nəfər yaralanıb. İsrail tərəfdən 36 nəfər həlak olub, onlardan 19-u hərbçidir. İTAR-TASS-ın məlumatına görə, 350 - dən artıq dinc sakin və 9 əsgər yaralanıb.

Xəbər lenti

Xəbər lenti