...

Putin: RF və Suriya terrorla birgə mübarizə aparacaq

Dünya xəbərləri Materials 25 İyul 2006 16:02 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, RF və Suriya ikitərəfli dialoqu inkişaf etdirəcək və beynəlxalq terrorla birgə mübarizə aparacaq. "Köhnə əlaqələr Rusiyanı ərəb dünyasının aparıcı dövlətlərindən biri olan Suriya ilə birləşdirir", -deyə o, Suriyanın RF-yə yeni təyin olunmuş səfiri Həsən Rişənin etimadnaməsini qəbul edərkən bildirib.

Trend in məlumatına görə, Putin qeyd edib ki, Moskva "Rusiya və Suriya arasında aktual beynəlxalq və regional problemlərə, beynəlxalq terrorla mübarizədə konstruktiv qarşılıqlı fəaliyyətin qurulmasına dair dialoqun inkişafına böyük əhəmiyyət verir.

"Bütün bunlar, şübhəsiz ki, müxtəlif sahələrdə əməkdaşlığın prezident Bəşər Əsədin Moskvaya səfəri zamanı əldə olunmuş razılaşmalara uyğun olaraq möhkəmləndirilməsinə imkan verir", - deyə Rusiya lideri vurğulayıb. Bu barədə İTAR-TASS xəbər verir.

Xəbər lenti

Xəbər lenti