...

Serqey İvanov Rusiya sülhməramlılarının Livana gönədərilməsini təsəvvür edə bilmir

Dünya xəbərləri Materials 7 Avqust 2006 15:58 (UTC +04:00)

Rusiya baş naziri, müdafiə naziri Sergey İvanov Rusiya sülhməramlılarının Livandakı əməliyyatlara göndərilməsi haqqında danışmağın hələ vaxtı olmadığını hesab edir.

"Hazırkı mərhələdə bu barədə danışmaq tezdir: vəziyyətin həlli üçün konkret mexanizm yoxdur" - deyə S.İvanov jurnalistlərə bildirib.

"Buna görə mən şəxsən təsəvvür edə bilmirəm ki, sülhməramlılar, xüsusilə Rusiya sülhməramlıları Livanda hərbi əməliyyatların getdiyi zaman orada hansı qisimdə iştirak edəcək" - deyə müdafiə idarəsinin rəhbəri vurğulayıb. Bu barədə Trend "Novosti" RİA-ya istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti