SK və LG Qazaxıstanda neft yatağının birgə işlənilməsinə başlayacaq
Cənubi Koreyanın ən böyük neft emalı korporasiyası SK Corp. və LG avqustda Qazaxıstanda neft yatağının birgə işlənlməsinə başlayacaq. Bu barədə "Bloomberg" agentliyi xəbər verir.
Trend in "İnterfaks-ANİ"yə itstinadən yaydığı məlumata əsasən, layihə paritet əsaslarda həyata keçiriləcək. Maliyyə məsələləri sonra açıqlanacaq.
Şirkətlərin həyata keçirəcəyi layihə "Blok-8" adı ilə məlumdur. Bu yataq Xəzərin Qazaxıstan sektorunda yerləşir. Yatağın ehtiyatları barədə məlumat verilmir.