...

Gürcüstanın baş naziri: Kodordakı reabilitasiya işləri sentyabrın sonuna qədər başa çatmalıdır

Dünya xəbərləri Materials 11 Avqust 2006 18:31 (UTC +04:00)

Baş nazir Zurab Noqaideli bəyan edir ki, Kodor dərəsindəki reabilitasiya işləri sentyabrın sonuna qədər başa çatmalıdır.

Z.Noqaideli deyib ki, Kodor dərəsindəki işləri intensivləşdirmək lazımdır, çünki bu ərazidə qış oktyabrın əvvəlində başlayır.

Trend "Praym-Nyus"a istinadən xəbər verir ki, onun sözlərinə görə, bərpa işləri sentyabrın sonuna qədər başa çatmalıdır.

Baş nazir bəyan edib ki, bu işləri şəxsi nəzarəti altına götürür.

Z.Noqaideli kənd təsərrüfatı və ərzaq naziri Mixail Svimonişviliyə iqlim şəraitilə bağlı mümkün məhsul itkisi haqqında məlumat verməyi tapşırıb.

Baş nazir bütün regionlara, ilk növbədə isə Kartli və Kaxetiyaya baş çəkmək, yerlərdə vəziyyətlə tanış olmaq niyyətindədir.

Z.Noqaideli deyib ki, böyük itkiyə yol verməmək üçün hökumətin qəbul edə biləcəyi bütün tədbirləri müəyyənləşdirmək lazımdır.

Kodor dərəsi - Abxaziyanın yeganə regionudur ki, yuxarı hissəsi rəsmi Tbilisinin yurisdiksiyasındadır.

Xəbər lenti

Xəbər lenti