...

Özbəkistan prezidenti sentybarın əvvəlində Qazaxıstana rəsmi səfər edəcək

Dünya xəbərləri Materials 25 Avqust 2006 17:15 (UTC +04:00)

Sentyabrın ilk ongünlüyündə Özbəkistan prezidenti İslam Karimov Qazaxıstana rəsmi səfər edəcək. Bu barədə avqustun 25-də Qazaxıstanın Sənaye və Ticarət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Trend in Kazakhstan Today-ə istinadən xəbər verdiyi kimi, səfər zamanı bir sıra sənədin, xüsusilə hər iki ölkə arasında 2006-2010-cu illərdə əməkdaşlıq proqramı və bu proqram üzrə tədbirlər planının imzalanması planlaşdırılır.

Hər iki sənədin layihələri dünən Qazaxıstan və Özbəkistan ekspertlərinin Daşkənddə keçirilmiş görüşündə müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti