...

"TengizŞevrOyl" sentyabrın sonuna qazın ixracını xeyli azaldacaq və ya dayandıracaq

Dünya xəbərləri Materials 13 Sentyabr 2006 13:43 (UTC +04:00)

"TengizŞevrOyl" sentyabrın sonuna qazın ixracını xeyli azaldacaq və ya dayandıracaq. Bu barədə sentyabrın 13-də TŞO şirkətinin direktor müavini Makset Taubayev bildirib.

Trend in "Qazaxıstan-1" telekanalına istinadən xəbər verdiyi kimi, onun sözlərinə görə, Atırau vilayətində Tengiz yatağını işləyən müəssisə səmt qazının laylara vurulması üzrə iri investisiya layihəsinin gerçəkləşdirilməsinə başlanması ilə əlaqədar bu addımı atacaq. Yerdə qalan qazı isə ilk növbədə Atırau alıcıları, "KazTransOyl" və s. tələb edir. Qazın laylara vurulması prosesi bir neçə dəfə həyata keçiriləcək. Yalnız bundan sonra qaz emalı zavodu fəaliyyətə başlayacaq. Sutkada 750 mln kub metrədək həcm həm laya vurma, həm də satış üçün kifayət olmalıdır.

Xəbər lenti

Xəbər lenti