...

İndoneziyada "quş qripi" qurbanlarının sayı 49 nəfərə çatıb

Dünya xəbərləri Materials 13 Sentyabr 2006 15:46 (UTC +04:00)

İndoneziyada "quş qripi" qurbanlarının sayı 49 nəfərə çatıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi nümayəndələri məlumat verib. H5N1 ştamlı "quş qripi" virusunun mövcudluğunu yoxlamaq üçün Ümumdünya Səhiyyə Təşkilatının tətbiq etdiyi standartlara yenidən baxılması ilə əlaqədar qurbanların sırasına 2006-cı ilin martında Cakartada vəfat etmiş 5 yaşlı oğlan da daxil edilib. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

Beləliklə, İndoneziyada "quş qripi"nə yoluxma halı 64-ə bərabərdir. 49 nəfər isə bu xəstəlikdən vəfat edib.

ÜST-nin məlumatına görə, 2003-cü ildən bəri dünyada "quş qripi"ndən ən azı 144 nəfər vəfat edib. Yoluxanların əksəriyyəti xəstə quşlarla kontaktda olub. Ancaq ekspertlər virusun insandan insana keçə biləcəyindən ehtiyatlanır.

Xəbər lenti

Xəbər lenti