Türkiyənin Kayseri şəhərində Beynəlxalq Vəkillər Birliyi tərəfindən təşkil olunmuş seminarda ölkənin Ticarət-Sənaye Palatasının sədri Rifat Hisarçıoğlu bəyan edib ki, respublikada 2,5 mln nəfər işsizin olması barədə rəsmi məlumata baxmayaraq, onların ümumi sayı əslində 5 milyonu keçir.
Trend in Türkiyədəki xüsusi müxbirinin xəbər verdiyi kimi, onun sözlərinə görə, hər il ölkənin əmək bazarına müraciət edən gənclərin sayı 700 min nəfər artır ki, onların da işə düzəlməsi üçün təxminən 40 mlrd dollar tələb olunur.
Türkiyənin Statistika İdarəsinin (TÜİK) məlumatına görə isə, işlə təmin olunmuş şəxslərin sayının artması fonunda (23 mln 200 min nəfər) yay aylarında işsizlərin sayı 2,2 mln nəfərədək azalıb.
Kənd təsərrüfatı sahəsində çalışan şəxslərin sayının azalması fonunda digər sahələrdə çalışanların sayının artması müşahidə olunur.