...

KXDR-in nüvə sınaqlarından sonra bir sıra ölkələrin nüvə silahına münsibəti dəyişib

Dünya xəbərləri Materials 11 Oktyabr 2006 11:07 (UTC +04:00)

KXDR-də aparılmış nüvə sınaqlarının nəticələrindən biri kimi, bir sıra ölkələr nüvə silahının yaradılması proqramına münasibətlərini yenidən nəzərdən keçirmək fikrinə düşüb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Bu barədə çərşənbə axşamı Foks teleşirkətinə anonimliyi saxlanılmaq şərti ilə ABŞ administrasiyasının rəsmi nümayəndələri məlumat verib. Məlumata görə, "Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, Nigeriya və digər ölkələr nüvə silahına münasibətlərinə yenidən baxır".

Daha əvvəl bu ölkələr nüvə silahı sahəsində fərdi proqrama malik olmayıb.

"KXDR tərəfindən nüvə sınağının aparılması artıq nüvə silahının yayılmaması haqqında beynəlxalq müqavilənin təhlükə altında ola bilməsi qorxusu yaradıb", - deyə teleşirkət qeyd edib.

Xəbər lenti

Xəbər lenti