...

Böyük Britaniyanın HQ baş qərargah rəisi ölkə qüvvələrinin tezliklə İraqdan çıxarılmasının tərəfdarıdır

Dünya xəbərləri Materials 13 Oktyabr 2006 10:58 (UTC +04:00)

Böyük Britaniyanın quru qoşunları komandanı, baş qərargah rəisi ser Riçard Dennett ölkə qoşunlarının tezliklə İraqdan çıxarılması ilə bağlı fikir söyləyib. Oktyabrın 13-də "Deyli" qəzetində dərc olunmuş müsahibəsində o bildirib ki, Britaniya qüvvələrinin İraqda olması bu ölkədə təhlükəsizlik sahəsində vəziyyəti ağırlaşdırır. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən xəbər verir.

"Biz müsəlman ölkəsinə dəvətsiz gəlmişik və artıq əhalidə xarici müdaxilə ilə bağlı fikir formalaşıb. Bizi bura dəvət etməyiblər. Sadəcə olaraq, 2003-cü ilin hərbi əməliyyatları zamanı İraqa girmişik", - deyə general hesab edir.

Xəbər lenti

Xəbər lenti