...

Rusiya və Almaniyanın Nəqliyyat Nazirlikləri əməkdaşlıq haqqında bəyannamə imzalayıblar

Dünya xəbərləri Materials 19 Oktyabr 2006 19:04 (UTC +04:00)

RF-nin Nəqliyyat Nazirliyi və AFR-in Nəqliyyat, Tikinti və Şəhər İnkişafı Nazirliyi nəqliyyat, qarışıq daşınma və Rusiya və AFR limanları arasında dəmir yolu- bərə nəqliyyatının təşkili sahəsində əməkdaşlıq haqqında bəyannamə imzalayıblar. Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Birgə bəyannamədə dəniz gəmiçiliyi və dəmir yolu bərələri də daxil olmaqla, gəmiçilik xətlərinin təşkili sahəsində daha intensiv əməkdaşlıq nəzərdə tutulub. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

O cümlədən, tərəflər birgə infrastruktur layihələrinin müşayiəti və reallaşdırılması üzrə Rusiya -Almaniya işçi qrupu çərçivəsində Baltik dənizində Ust-Luqa-Baltiysk və AFR limanları arasında bərə nəqliyyatını inkişaf etdirməyə razılıq veriblər.

Xəbər lenti

Xəbər lenti